Menu

Azərbaycanda bir rayondan digərinə gediş-gəlişə qadağa qoyuldu

27.03.2020, 14:43
Azərbaycanda bir rayondan digərinə gediş-gəlişə qadağa qoyuldu

Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ölkənin bir rayonundan digərinə gediş-gəliş dayandırılıb. Bu tədbir koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün görülüb.

Virtualaz.org xəbər verir ki, ötən gecədən etibarən nəinki ölkənin rayonlarından Bakıya və Sumqayıta, eləcə də bir-rayondan digərinə gedən avtomobillər buraxılmır.

Azərbaycanda xüsusi rejim martın 24-dən tətbiq edilib, aprelin 20-nədək qüvvədə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol