Menu

Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür - VİDEO

28.03.2020, 21:30
Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür - VİDEO

Son iki gündür Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir. “Report” xəbər verir ki, bu göstəricini “New York Post” hesablayıb.

Məlumata görə, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450nəfər təşkil edir.

Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 105 min nəfərə çatıb, 1 711pasiyent ölüb. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni virusa yoluxanların sayı 510 min nəfəri ötüb, 23 min xəstə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol