Menu

ABŞ-da koronavirusa yoluxanların sayı 120 mini ötüb - 2010 nəfər isə ölüb

29.03.2020, 07:00
ABŞ-da koronavirusa yoluxanların sayı 120 mini ötüb - 2010 nəfər isə ölüb

ABŞ-da 121 117 nəfər koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin, habelə Ümumdünya Səhiyyə Təşkilatının göstəriciləri əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ABŞ-da şənbə günü COVID-19 qurbanlarının sayı 2 010 nəfərə çatıb.

Qeyd edək ki, hazırda COVID-19 infeksiyasına ən çox yoluxma Birləşmiş Ştatlarda qeydə alınıb. Dünyada koronavirusdan ən çox ölüm isə İtaliyada təsdiq edilib. Avropanın bu ölkəsində 10 mindən çox insan pandemiyanın qurbanı olub.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol