Menu

“Yanacağın satışında məhdudiyyət yoxdur” - “SOCAR Petroleum”

30.03.2020, 10:40
“Yanacağın satışında məhdudiyyət yoxdur” - “SOCAR Petroleum”

“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.

Bunu “Report”a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:

“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol