“65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox” - Deputat

“Xüsusi karantin rejimində məhdudiyyətlərin deputatlara şamil edilməməsi fövqəladə vəziyyət elan olunduqda davam edəcəkmi?”

APA-nın məlumatına görə, bu sualı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli səsləndirib.

T. Kərimli Milli Məclisin iclasının qapalı keçirilməsi lazım gələrsə, bu halda prosedurun necə olacağı ilə də maraqlanıb: “Dövlət qurumlarında çalışan insanların qeyd edilən izolyasiya qaydalarına əməl etməməsi insanlar arasında birmənalı qarşılanmır. Digər tərəfdən, 65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox. Eyni zamanda dezinfeksiya işlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Yarmarkaların fəaliyyətinə də çox ciddi nəzarət edilməlidir. Çünki bu insanlar virusun rayonlarda da yayılımasına səbəb ola bilərlər”.

635x100

Şərhlər

t.ədalət 2020-03-30 12:38:26

Ölkə vətəndaşlarını bu ağır gündə "növlərə ayırmaq" xəyanətdir.Sadəcə olaraq,məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Son yazılar