Türkiyədən qayıdarkən Naxçıvan Muxtar Respublikasında karantin altına alınan tələbələrdən bir neçəsi “AzPolitika.info”-ya müraciət edərək, saxlanma şəraitlərindən razılıqlarını bildiriblər.
Fuad Cəfərov, Nazir Bayramov, Rihad Turan və Türkiyədə təhsil alan digər tələbələr 1 həftədən çoxdur Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində karantin altında saxlanılırlar. Bu tələbələrin sözügedən mərkəzə yerləşdirilməsi ilk günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Bəzi sosial şəbəkə istifadəçiləri hətta tələbələrin Fizioterapiya Mərkəzinin duz şaxtalarındakı kabinetlərdə yerləşdirilməsini “mağarada karantin” kimi təqdim etmişdilər.
Sözügedən tələbələrdən yuxarıda adlarını çəkdiklərimiz saytımızla əlaqə saxlayaraq, saxlanma şəraitlərinin, həmçinin qida və tibbi xidmətin yüksək səviyyədə təmin edildiyini bildirdilər. “Sizə zəng vurmaqda məqsədimiz budur ki, cəmiyyətə bizim burda saxlanılmağımızla bağlı verilmiş yanlış məlumatları təkzib edəsiniz. Ailələrimiz bu məlumatlara görə narahat olurlar. Bizə burda yaxşı baxılır. Hər cür şəraitlə təmin olunmuşuq. Bu gün hamama aparılmışdıq..."
Bu şəraitə görə əlaqədar orqanlara, MR-in rəhbərliyinə minnətdar olduqlarını bildirdilər.
“AzPolitika”


Şərhlər