Menu

Tokio olimpiadasının yeni tarixi müəyyənləşdi

30.03.2020, 15:28
Tokio olimpiadasının yeni tarixi müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə bir gün sonra - 24 avqustda start götürəcək.

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.

Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol