Azərbaycanda koronavirusla bağlı yanlış təsəvvürlər – Əslində necədir?

Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində kifayət qədər maarifləndirici tədbirlər görülməsinə baxmayaraq, vətəndaşlar arasında xüsusi karantin tədbirlərinə əməl etməyənlərin sayı kifayət qədərdir. Eyni zamanda virusla bağlı karantin şəraiti, insanların ora cəlb edilməsi haqqında da bəzən yanlış təsəvvürlər mövcuddur. Bu da səhhətində narahatlıq hiss edənlərin təcili yardım və xəstəxanalarla əlaqə saxlamaqdan çəkindirir.

“AzPolitika.info” bu reallığı nəzərə alaraq, əldə etdiyi məlumatlar əsasında real vəziyyəti sual-cavab şəklində oxucuların diqqətinə təqdim edir:

1. Əgər məndə simptomlar varsa, karantinə alınacağam?

- Xeyr, sizdən test götürüləcək, o müddət ərzində özünüzü EVDƏ təcrid edəcəksiniz.

2. Əgər məndə boğazağrısı varsa, təcili tibbi yardım çağırsam, test edəcəklərmi?

- Xeyr, yalnız temperaturunuz olduğu halda test ediləcəksiniz.

3. Koronavirus testi necə götürülür?

- 1 dəqiqəlik prosedurdur, boğaz və burundan yaxma analizi götürülür.

4. Testin cavabları Azərbaycanda neçə günə çıxır?

- Hazırda laboratoriyalarda sıxlıq olduğu üçün 1-2 gün ərzində.

5. Cavabı sizə zəng edib açıqlayırlarmı?

- Əksər vaxtlarda yox, neqativ çıxmısınızsa, məlumat verilmir, yalnız pozitiv olduğu halda xəstəxanaya aparılırsınız.

6. Məndə simptom olmadığı halda özümü hardasa yoxlatdıra bilərəmmi?

- Xeyr, çünki lüzumsuz yerə hər kəs test edilə bilməz.

7. Xəstənin vəziyyəti ağır deyilsə, evdə müalicə ala bilərmi?

- Əgər vəziyyətiniz ağır deyilsə, siz evdə özünütəcridə əməl etməklə müvafiq müalicə ala bilərsiniz.

8. Nə qədər insanda xəstəlik özünü ciddi şəkildə göstərir?

- 80 faiz insan xüsusi və ciddi müalicə almadan xəstəlikdən sağalır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar