Gürcüstanda sabiq erməni deputat həbs olundu

Gürcüstan parlamentinin deputatı Enzel Mkoyana atəş açılması faktı ilə bağlı iki nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Onlardan biri sabiq deputat Samvel Petrosyan, digəri isə E.Mkoyanın 19 yaşlı qardaşı oğlu Armen Mkoyandır. Xuliqanlıq və atəş açmaqda ittimah olunan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Günahları sübuta yetiriləcəyi təqdirdə onları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, S.Petrosyan 2012-2016-cı illərdə parlamentin deputatı olub. O, hazırda Axalkalaki bələdiyyəsinin sakrebulo üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar