Avropada koronavirusdan ən gənc ölüm qeydə alındı

Belçikada 12 yaşlı qız koronavirus pandemiyasının qurbanı olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belçika mətbuatı isə faktın Avropada infeksiyadan ən gənc ölüm hadisəsi olduğunu yazıb.

Qeyd edək ki, Belçikada indiyədək 705 nəfər pandemiyanın qurbanına çevrilib, 12 775 nəfər isə virusa yoluxub.

Xatırladaq ki, bundan əvvəl Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusdan ölüb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar