Menu

UEFA "Başakşehir" klubunu cərimələyib

31.03.2020, 21:31
UEFA "Başakşehir" klubunu cərimələyib

UEFA Türkiyənin "Başakşehir" klubunu 1 500 avro cərimələyib.

"Report"un məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin Danimarka "Kopenhagen"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fişəng yandırmaları səbəb olub. Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də "Fatih Terim" stadionunda keçirilmiş matç "Başakşehir"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol