Menu

Bu il Neft Fonduna AÇG layihəsindən 1,67 mlrd. ABŞ dolları daxil olub

01.04.2020, 17:05
Bu il Neft Fonduna AÇG layihəsindən 1,67 mlrd. ABŞ dolları daxil olub

Bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,671 mlrd. ABŞ dolları daxil olub.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 100 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol