Menu

Koronavirus məşhur alimin həyatına son qoyub

01.04.2020, 20:55
Koronavirus məşhur alimin həyatına son qoyub

HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda İngiltərədən Cənubi Afrikaya qayıdan alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol