Menu

“Koronavirusa yoluxanların sayı 1 milyonu ötəcək” - ÜST-nın Baş direktoru

01.04.2020, 23:04
“Koronavirusa yoluxanların sayı 1 milyonu ötəcək” - ÜST-nın Baş direktoru

Dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı yaxın günlərdə artacaq.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Ölənlərin sayı son bir həftədə iki dəfədən çox artıb. Yaxın bir neçə gündə COVID-19-dan ölənlərin sayı 50 minə, koronavirusa yoluxanların sayı isə 1 milyona çatacaq”-deyə, o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Mubariz 2020-04-02 00:16:30

DİN bərbərxanalara məhdudiyyət yoxdur deyir,Operativ Qərargah 1 apreldən var deyir ,necə başa düşək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol