Menu

Bu həftədən əhaliyə ödəmələr başlaya bilər

02.04.2020, 12:13
Bu həftədən əhaliyə ödəmələr başlaya bilər

"Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisməməsinə çalışılmalıdır:

"Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə həllini tapacaq. Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib ".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol