Menu

"Bəzi tanınmış jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar" - Operativ Qərargah

02.04.2020, 13:31
"Bəzi tanınmış jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar" - Operativ Qərargah

"Xüsusi karantin rejimi ilə bağlı aprelin 1-də yayılan sənəd həqiqəti əks etdirmir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, son günlər bəzi jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar. “Məsələn, yazırlar ki, “x” kəndində virusa yoluxma var. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var, ajiotaj yaranır. O jurnalistlərin içərisində tanınmışlar da var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidir”.

Şərhlər

kələntər 2020-04-02 14:25:49

cənab Məmmədov, məlunatlarınızda şəffaflığı artırın ki lazımsız ajiotaj da yaranmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol