Menu

Ronaldo futbol tarixində yeni rekord vuracaq

02.04.2020, 23:04
Ronaldo futbol tarixində yeni rekord vuracaq

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni rekord müəyyənləşdirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz bu dəfə oyun və ya qola yox, qazandığı pul sayına görə ilki reallaşdıracaq.

Bu il 35 yaşlı forvardın karyerası ərzində əldə edəcəyi ümumi gəlirin məbləği 1 milyard avroya çatacaq. Bununla da o, 1 milyard avroluq səddi keçən ilk futbolçu kimi tarixə düşəcək. İndiyə qədər 2 idmançının - amerikalı qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin qazancı bu məbləği keçib. Ronaldo ilə yanaşı, tezliklə isveçrəli tennisçi Roje Federer də onlara qoşulacaq.

Qeyd edək ki, Kriştianu Ronaldonun "Yuventus"da illik qazancı 30 milyon avrodur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol