“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.
O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır:
“Biz sağalmalarda bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, mənfi istiqamətdə gedirik”.
Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.


Şərhlər
Virusun qarşısını ala biləcək əsas mübarizə dezinfeksiyaedici vasitələrin əhaliyə əlçatan edilməsi,iş yerlərini itirmiş adamların ərzaq ehtiyaclarının dövlət tərəfindən qarşılanmasından keçir.Gürcüstanda ən ucqar kəndlərdə belə əhaliyə maliyyə yardımı davam edir.Əhalini cərimələrlə qorxutmaq yox,qayğı ilə əhgatə etmək lazımdır.Ehtiyacı olmayan adamın sağlamlığını təhlükə qarşısında qoyub küçəyə çıxmasına nə ehtiyacı ola bilər?