Menu

ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

04.04.2020, 10:04
ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib.

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib.

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol