Menu

"Roma"nın sabiq baş məşqçisi “Fənərbağça”nı çalışdıra bilər

04.04.2020, 12:55
"Roma"nın sabiq baş məşqçisi “Fənərbağça”nı çalışdıra bilər

"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu 51 yaşlı mütəxəssis özü açıqlayıb.

İtaliyalı çalışdırıcı bildirib ki, Türkiyədən bir klub onun xidmətində maraqlıdır: "Hər cür təcrübəyə hazıram. Türkiyənin bir klubundan və bir neçə millidən təklif almışam".

Di Françeskonun adını açıqlamadığı komandanın "Fənərbağça" olduğu müəyyənləşib. Keçmiş "Valensiya"lı Marselino ilə danışıqları uğursuz nəticələnən İstanbul təmsilçisi Di Françesko ilə gələn mövsüm üçün anlaşmağa çalışır.

Qeyd edək ki, Eusebio Di Françeskonun son iş yeri ötən il "Sampdoriya" olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol