Menu

Gürcüstanda koronavirusdan sağalanların sayı 30-u keçib

04.04.2020, 19:51
Gürcüstanda koronavirusdan sağalanların sayı 30-u keçib

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha üç pasiyent sağalıb.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların sayı 31 nəfərə çatıb.

Gürcüstanda bu günə qədər koronavirusa 157 nəfər yoluxub, onlardan biri ölüb.

Hazırda karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər var. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol