Menu

İsraildə koronavirusa yoluxanların sayı səkkiz mini ötdü

05.04.2020, 09:41
İsraildə koronavirusa yoluxanların sayı səkkiz mini ötdü

İsraildə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artaraq 8018-ə çatıb.

“Report” xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, COVID-19-dan ölənlərin sayı 46-ya yüksəlib. İsraildə yeni virusa yoluxmuş 477 xəstə sağalıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol