Menu

Neft yenidən ucuzlaşır

06.04.2020, 09:03
Neft yenidən ucuzlaşır

“Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 9,5% azalaraq, 31,16 ABŞ dollarına qədər ucuzlaşıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 9,5% azalaraq, 25,88 ABŞ dollarına düşüb.

Neftin qiyməti koronavirusa yoluxanların sayının davam edən artması haqqında xəbərlər fonunda enir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol