Menu

ABŞ-da meyitlərin parklarda dəfni təklif edilir

07.04.2020, 15:31
ABŞ-da meyitlərin parklarda dəfni təklif edilir

ABŞ-ın Nyu-York şəhərində koronavirusdan ölən şəxslərin meyitlərinin müvəqqəti olaraq isirahət parklarında basdırılması təklif edilir.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Nyu-York məclisi Səhiyyə komissiyasının sədri Mark Levin “Twitter” hesabında bu barədə paylaşım edib.

Bildirilib ki, Nyu-Yorkda koronavirusdan ölənlərin sayı hər gün artır. Meyitlərin basdırılması üçün yer tapa bilməyən rəsmilər ölənlərin on-on qrup şəklində parklarda müvəqqəti dəfnini təklif edirlər.

Xatırladaq ki, ABŞ-da 367 min yoluxma faktı qeydə alınıb. 11 min insan koronavirusdan ölüb. İnfeksiyanın mərkəzi Nyu-Yorkda 4 mindən çox insan pandemiyanın qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol