Menu

"Azərbaycanda işsizlərin sosial təminatı ilə bağlı tapşırıq verilib" - Nazir

07.04.2020, 17:57
"Azərbaycanda işsizlərin sosial təminatı ilə bağlı tapşırıq verilib" - Nazir

"4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək. Həyati vacib obyektlərin işini davam etdirməkdə olan iş yerləri üçün işçi təminatı təmin edilib. Bu gün dövlət sektorunda 910 min nəfər əmək müqaviləsi ilə işləyir".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər ikinci istiqamətdə dəstək alacaq işçilərdir: "Bu sektorda 660 min əmək müqaviləsi ilə çalışır. Son 10 gündə əmək müqaviləsi ilə işləyənlərin sayında ciddi artım olub. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürənlərlə müzakirə aparılır. Onlara izah edilir ki, bu dövrdə maksimum dərəcədə müqavilələrin ləğvi olmasın".

S.Babayev qeyd edib ki, üçüncü istiqamət işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal məşğulluq sahəsində işləyənlərlə əlaqəlidir: "Onlar da sosial cəhətdən ən çox zərbə alanlardır. Bu gün onların sosial təminatı yoxdur. Bu şəxslərin sosial tədbirlərlə əhatə edilməsi tapşırılıb".

Şərhlər

Zerif 2020-04-07 23:16:02

Cox xahis edirem cox ehtiyacim var usaglarim korpediolara gore sosialyaedim komeklik edesiniz

Elsen Pirimli 2020-04-07 19:18:07

Naxcivanda gejdijatta olan Baki seherinde ala bilecejmi sosial jardimi

Gunel Rehimova 2020-04-07 18:49:14

Sosial yarim allamagima yardimci olmagi xaiw edirem.bir ovlasimla cok cetin vezziyyetdeyem.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol