Menu

Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatdı

08.04.2020, 13:44
Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatdı

“Aprelin 8-də səhər saatlarında Ermənistanda xərçəngdən əziyyət çəkən 93 yaşlı kişi ölüb”.

“Report” “İnterfax”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 8-də “Facebook” səhifəsində yazıb.

O bildirib ki, koronavirusa ən çox yoluxma martın 31-də (50 yoluxma) və aprelin 2-də (93 yoluxma) qeydə alınıb.

Ermənistanın Səhiyyə Nazirliyinin aprelin 8-də yaydığı məlumata əsasən, ölkə üzrə yoluxanların ümumi sayı 881-ə çatıb, ölənlərin sayı isə 9-a çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol