Menu

Məşhur müğənni koronavirusdan öldü

08.04.2020, 14:51
Məşhur müğənni koronavirusdan öldü

Dünyaca məşhur folk ifaçı Con Prayn koronavirusdan dünyasını dəyişib.

“Report” CNN-ə istinadən xəbər verir ki, 73 yaşlı müğənni martın sonunda xəstəxanaya yerləşdirilmişdi.

Koronavirus diaqnozu onun sıx ünsiyyətdə olduğu həyat yoldaşı, həmçinin menecerində də aşkarlanıb.

Qeyd edək ki, Con Prayn ikiqat “Qremmi” mükafatçısıdır. Onun yaradıcılığı Bob Dilan və Brüs Sprinqstin kimi əfsanələrin tərifinə layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol