Menu

Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb

08.04.2020, 17:28
Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb

"Bu həftə ərzində işçi qrupları öz ilkin işlərini ortaya qoydular. Bir sıra sosial güzəştlər həyata keçirildi".

“Report” xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb.

Hökumət rəsmisi bildirib ki, bu gün ölkədə 5 milyon maska ehtiyatı yaradılıb.

Şərhlər

Adil 2020-04-08 18:59:12

Kim üçün yradılıb, bunu dəqiqləşdirsəydilər yaxşı olardı...hələ də apteklərdə maska yoxdur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol