"“Beşinci kolon”un bu ağlasığmaz hərəkəti..." - Deputat Kamaləddin Qafarov

“ Milli Şuranın Azərbaycan hakimiyyətinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq olunan rejimdən sui - istifadə ilə bağlı yaydıqları bəyanat böhtandır, qərəzlidir və real vəziyyətə qətiyyən adekvat deyildir.” Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov “Azərbaycan” İnformasiya Agentliyinin (Aia.az) müxbirinin suallarını cavablandırarkən bildirmişdir.

Millət vəkili demişdir ki, bəyanatın məzmununa nəzər salarkən açıq-aydın görünür ki, bu şəxslər antiazərbaycançı mövqedə dayanaraq ölkədə çaşqınlıq yaratmaq niyyətindədir: "Ölkə üçün belə taleyüklü bir zamanda, bütün dünya ölkələri, eləcə də Azərbaycan hökuməti, cəmiyyəti virusla mübarizə apardıqları məqamda Milli Şuranın qanunla cəzalandırılmış cinayətkarların və mənəvi-psixoloji problemli şəxslərin müdafiəsinə qalxması, yumşaq deyilsə, nonsensdir. Məqsəd Qərbdəki Azərbaycanı sevməyən bir ovuc qüvvənin köməyi ilə ölkəmizdə qarışıqlıq yaratmaq, onun beynəlxalq imicinə xələl gətirməkdir. Bu “müdafiəçilər” unudurlar ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və etdiyi əmələ görə məsuliyyət daşıyır. Həbs olunanlar konkret cinayət əməlinə görə konkret məsuliyyətə cəlb olunublar. Bütün dünyaya bəllidir ki, ölkəmizdə bütün hüquq və azadlıqlar qorunur, heç kimi öz siyasi fəaliyyətinə görə təqib etmirlər".

Kamaləddin Qafarov bildirmişdir ki, Azərbaycan hökuməti bu gün müstəqil, praqmatik siyasət yürüdür və buna görə də kimlərinsə diktəsi ilə ölkəmizin daxili məsələlərinə qarışmağın heç bir perspektivi və mənası yoxdur: "Milli Şuranın-“beşinci kolon”un bəyanatından bəlli olur ki, kimlərinsə həbsini şouya çevirib siyasi divident qazanmaq istəyənlər, yenidən öz radikal əməlləri ilə xalqın iradəsinə qarşı çıxmağa çalışırla". 


Millət vəkili xüsusi olaraq vurğulamışdır ki, hazırda, demək olar, bütün dünyada insanların, siyasi partiyaların əsrin pandemiyası ilə mübarizə fonunda bir konsolodasiya, birləşmə prosesi gedir: "ABŞ kimi nəhəng, uzun illik iqtidar- müxalifət mübarizəsi ənənələri olan bir ölkədə, artıq siyasi mübarizə arxa plana keçmişdir. Almaniyada bütün siyasi partiyalar koronavirusla bağlı proseslərdə Federal kansler Angela Merkelin ətrafında birləşirlər. Elə yaxın qonşumuz və qardaşımız olan Türkiyə reallıqlarına baxaq. Dünənə qədər bir-birini ittiham edən, qarşılıqlı şəkildə günahlandıran, hətta bir-birlərini məhkəməyə verən AK Partiya , CHP, MHP, İYİ Partiya funksionerləri və mənsubları indi əl-ələ verərək ölkəni fəlakətdən az ziyanla çıxarmaq üçün gecə-gündüz çiyin-çiyinə çalışırlar".


Millət vəkili sonda bildirmişdir ki, “beşinci kolon”un bu ağlasığmaz hərəkəti onların onsuz da tükənmiş imicinə həlledici zərbə oldu: "Onlar bir daha anladılar ki, cəmiyyətimizdə belə dağıdıcı, öz ambisiyalarının əsirinə çevrilmiş qüvvələrə yer yoxdur və olmayacaq da! Xalq qanuni yolla seçdiyi, ən çətin günlərdə onun yanında olan iqtidarına sadiqdir və onun siyasətini tamamilə dəstəkləyir və müdafiə edir. Bir sözlə, xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etirazla qarşılayır. Hamımız əminik ki, bu günlər qədirbilən xalqımız ona dəstək olan, gecə-gündüz fəlakəti minimum itki ilə adlatmağı düşünən və xalqın ürəyindən xəbər verən qərarları ilə hamını sevindirən, onlara koronavirusla mübarizədə dəstək verən və inam hissi aşılayan iqtidarın yanındadır!"

635x100

Şərhlər

sus 2020-04-09 09:41:41

Sən get öz əməllərindən danış.....

Rembo 2020-04-09 08:50:45

Sanki özü qanuni secilib

Memmedqulu 2020-04-09 08:04:54

....azerbaycanlilara" ozunuzkuler qurban olsun

Mubariz 2020-04-08 22:08:44

deputatlar və məmurlar ölkəni bu günə qoyub

Hafiz 2020-04-08 21:04:47

Hansı ağıllı kornovirus barədə ağılsız məlumat yaya bilər ki? Hamı özünü göstərmək.ortaya atmaq xatirinə belə yaılar ikrah doğurur.müdafiə edir...

t.ədalət 2020-04-08 20:34:26

Hörmətli Kamaləddion müəllim,Sizin fikirlərinizə hörmətlə yanaşıram.Hakimiyyətlə müxalifətin üzvü olmadığıma görə kimin haqlı,kimin haqsız olduğuna da münasibət bildirmirəm.Ancaq,bu "beşinci kolon" nəyə və kimə deyilir,onu başa düşməyə çalışıram.Məsələn,bizdən başqa elə bir dövlət varmı ki,orda düşmən dövlətin qohum-əqrəbalarını vəzifəyər qoysunlar?Anası,arvadı,hətta bacısı erməni olan vəzifəli şəxslərimiz var,Sizcə onlar hansı kolonun nümayəndələridir?Azərbaycan balaca bir dövlətdir, o məmurların kimliyini əhali bildiyi halda,necə olur ki, sizlər bilmirsiz?Məncə,"beşinci kolonu " axtarmaq üçün dəryalara baş vurmağa ehtiyac yoxdur.Öz dilimizdə bizi söyənlərdən yox,elə bilirəm ki,erməni dilində söyənlərdən qorxmaq lazımdır.

Son yazılar