Əli Kərimlinin köməkçisi saxlanılıb

“Azadlıq” qəzetinin yayım direktoru və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Faiq Əmirlinin bu gün, aprelin 8-də saxlandığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə onun ailə üzvləri sosial şəbəklərdə məlumat verib. Məlumata görə, bir neçə mülki geyimli şəxs Faiq Əmirlini yaşadığı evin yanında maşına otuzduraraq naməlum istiqamətə aparıb.

"Bir neçə maşınla gəlmişdilər. Faiqin qollarını buraraq maşınlardan birinə otuzdurub apardılar", deyə onun ailəsindən bildiriblər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan” agentliyinə deyib ki, Faiq Əmirlinin saxlanması barədə heç bir məlumatı yoxdur. Deyilənlərə, Daxili İşlər Nazirliyindən də, hələlik, münasibət almaq mümkün olmayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar