Menu

ABŞ-da koronavirusa yoluxanların sayı 400 min nəfəri ötdü

08.04.2020, 23:53
ABŞ-da koronavirusa yoluxanların sayı 400 min nəfəri ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı artıb. “Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilir ki, ölkədə ümumilikdə 401 166 nəfər virusa yoluxub, koronavirusdan ölənlərin sayı 13 minə (12 936 nəfər) yaxınlaşıb. Birləşmiş Ştatlarda 22,5 mindən çox pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol