“Microsoft” şirkətinin qurucusu Bill Geyts zəngin ölkələrə müraciətində deyir ki, ümumdaxili məhsullarının azacıq faizini Covid-19 vaksinin tapılması və paylanmasına ayırsınlar. Bu haqda milyarder “The Financial Times” (FT) qəzetinə video-müsahibəsində danışıb.
Geyts deyir ki, inkişaf etmiş ölkələrin üzləşdiyi iqtisadi çətinliklərə baxmayaraq, həm də yoxsul ölkələr üçün əlçatan olacaq vaksinin hazırlanması və paylanmasına on milyardlarla dollar ayrıla bilər.
Bill & Melinda Gates Fondu Epidemiyalara Hazırlıq İnnovasiya Koalisiyasının (Cepi) qurucularıdan biridir. Bu qurum Covid-19 vaksinini hazırlamağa çalışır. Britaniya koalisiyaya 250 milyon funt sterlinq ayırıb. Kanada, Almaniya, Norveç də koalisiyanı dəstəkləyir, 690 milyon dollarlıq vəsait boyun olublar. Hazırda Cepi səkkiz Covid-19 vaksin layihəsi üzərində işləyir və tədqiqatlara 2 milyard dollar gərəkdiyini bildirib.
ABŞ hökuməti birbaşa Cepi-yə pul ayırmasa da, onunla əməkdaşlıq edən Moderna şirkəti ilə müqavilə imzalayıb, həmçinin Johnson & Johnson’s şirkətinin vaksin tədqiqatlarına yarım milyard pul qoyub. BirləşmişŞtatların 2,2 trilyon dollarlıq iqtisadi stimul paketindən 27 milyard dolların təyinatında vaksin hazırlanması da var.
Qəzet özəl sektorda bir neçəşirkətin Covid-19 vaksini hazırlamaq yarışına qoşulduğunu yazır. Onların sırasında Sanofi, GSK, Pfizer, British American Tobacco, Almaniyanın BioNTech və CureVac biotexnologiya qrupları da var.
Geyt daha öncə xəbərdarlıq etmişdi ki, dünya yüksək yoluxucu virusla mübarizəyə hazır deyil. O, FT-yə deyib ki, Covid-19 böhranından nəticələr çıxarılacaq vəölkələr gələcəkdə daha hazırlıqlı olacaqlar.
Cons Hopkins Universiteinin məlumatına görə, dünyada 1,5 milyon təsdiqlənmiş yoluxma, 89 minə yaxın ölüm halı qeydə alınıb.


Şərhlər