Menu

ABŞ-da koronavirusdan ölənlərin sayı 14 808 nəfərə çatıb

09.04.2020, 18:24
ABŞ-da koronavirusdan ölənlərin sayı 14 808 nəfərə çatıb

ABŞ-da son sutkada yeni növ koronavirusdan (COVID-19) 1890 nəfər ölüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da ABŞ-da koronavirusdan ölənlərin sayı 14 808 nəfərə yüksəlib.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ ilk sıradadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol