Menu

RUSİYA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ANLAŞDI - Neft hasilatı kəskin azaldılır

09.04.2020, 20:07
RUSİYA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI  ANLAŞDI  - Neft hasilatı kəskin azaldılır

Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib.“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd edilən anlaşmanın bir saat öncə başlayan OPEC+ ölkələrinin virtual iclasında əldə edildiyi deyilir.

Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq.

Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol