Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" xəbər verir ki, tenderin qalibi "Rövşən Oğuz Qrup" MMC-dir.
Qalib şirkətə 16,9 milyon manat ödəniləcək.
Xatırladaq ki, "Rövşən Oğuz Qrup" həm də İcra Hakimiyyətinin şəhərdə idman sarayının tikintisi ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub. Şirkət bunun üçün 4,6 milyon manat alacaq. Beləliklə, iki satınalma üzrə ümumi ödəniş 21,5 milyon manat təşkil edəcək.


Şərhlər
Virusun at oynatdığı indiki vaxtda teatr binası tikmək yada düşürsə,deməli ,ciddi bir təhlükə yoxdur.Karantin də,ola bilsin ki,hansısa bir məqsəd üçün həyata keçirilən gərəksiz tədbirdir.
Heç hənanın yeridir?