Britaniyada baş nazir Boris Cohnson aprelin 9-da reanimasiya şöbəsindən palataya keçirildikdən sonra sağlamlıq durumu yaxşılaşmaqda davam edir. Hökumət sözçüsü aprelin 10-da deyib ki, baş nazir qısa məsafəyə yeriyə bilir və bu onun müalicəsinin bir hissəsidir.
Sözçü deyib ki, baş nazir bir daha Milli Səhiyyə Sisteminin (NHS) həkim və tibb bacılarına ona göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib.SkyNews yazır ki, o habelə koronavirusa yoluxmuş başqa insanlar üçün də dualar etdiyini söyləyib.
Conson Londondakı Müqəddəs Tomas xəstəxanasına COVID-19 kəskinləşməsi diaqnozu ilə ötən bazar günü yerləşdirilmiş, elə həmin gecə reanimasiya şöbəsinə keçirilmişdi. Həkimlər bildirirlər ki, vəziyyətinin xeyli yaxşılaşmasına baxmayaraq, baş nazir hələ bir müddət xəstəxanada qalacaq.
“Kaş bütün hökumət yoluxaydı”
Digər tərəfdən, baş nazir Boris Consonun xəstələnməsi ölkədə partiyalararası rəqabəti kəskinləşdirib. Daily Mail qəzeti yazır ki, dəmiryolçuların həmkarlar ittifaqı rəhbərlərindən biri Boris Conson ölərsə, qonaqlıq verəcəyini dediyinə görə vəzifəsindən xaric edilib.
İngiltərə Dəmir yolu, Dəniz və Nəqliyyat tred-yunionunun artıq keçmiş sədr müavini Stiv Hedley Facebook-da onu tənqid edən dostlarına daha kəskin cavab yazmışdı:
“Mən istərdim ki, bu Tori (Mühafizəkar Partiyanın üzvlərinə belə deyirlər – red) alçaqların bütün hökumət kabineti bu virusa yoluxsun”.İttifaqın sədri Miçelle Rodgers və baş katibi Miç Kaş bəyan ediblər ki, belə bəyanatlar “tamamilə qeyri-məqbuldur”.
"Bircə arvad-uşaqlarına yazığım gəlir…"
Hazırda bu belə olmasa da, İngiltərədə həmkarlar ittifaqlarıənənəvi olaraq müxalif Leyborist Partiyası ilə bağlı olublar.
Artıq itirdiyi illik maaşı ildə 100 min funt sterlinq olan Hedley həm də Leyborist Partiyasının üzvüdür və hazırda partiya onun barəsində intizam araşdırması aparır. Qəzet yazır ki, Hedley vəzifəsini itirdikdən sonra da dilini dinc qoymur. Ona Facebook-da “Boris Conson da insandır” yazan dostlarından birinə belə cavab verib:
“Hitler, Mussolini və Franko da insan idilər…Siz bu arqumenti onlara da şamil edirsiniz? Bircə arvad-uşaqlarına yazığım gəlir…”
İngiltərənin Derbişir qraflığının Henor şəhərində bələdiyyə rəisi olan xanımŞeila Oakes baş nazirin xəstələnməsi xəbəri münasibətilə yazmışdı ki, “Boris Conson buna layiq adam idi”. O da Leyborist Partiyasının üzvüdür və son məlumata görə həm partiya üzvlüyünü, həm də bələdiyyədəki kürsüsünü itirib.
Bir var qarğış, bir də var tənqid
The Sun qəzeti yazır ki, Leyborist Partiyasından Lids şəhərinin daha bir bələdiyyəüzvü Juli Heselvud Twitter postunda Boris Consonun reanimasiyada olmasını PR adlandırıb.O yazıb ki, baş nazir özünün və partiyasının COVID-19-la bağlı siyasətinin bərbadlığını ört-basdır etmək və hüsn-rəğbət qazanmaq üçün reanimasiyaya düşüb.
Lakin yoldaşları tərəfindən tənbeh olunan xanım Heselvud daha sonra Lids bələdiyyə rəisinə yazdığı məktubda peşmançılıq ifadə edib və baş nazirə tez sağalmasını arzu etdiyini bildirib.
Yeri gəlmişkən, Boris Conson sosial mediada ümumiyyətlə tənqid olunur, amma heç də hamı kobud sözlərdən istifadə etmir.
Bəziləri baş nazirin epidemiyanın başlanğıcında tutduğu mövqeyi yada salırlar. Boris Conson o vaxt demişdi ki, heç bir kütləvi tədbirə ehtiyac yoxdur və adamlar bu xəstəliyi təbii keçirəndən sonra ölkədə“milli immunitet” yaranacaq.
Boris Conson baş nazir olandan bəri Britaniya Milli Səhiyyə Sistemini hökumətin nəzarəti altına salmaq üçün addımlar atırdı. Hazırda pulsuz xidmət göstərən NHS ictimai qurum kimi müstəqildir.
Britaniyanın Avropa İttifaqında ayrılması üçün kampaniya aparanda da Conson NHS barədə yanlış bəyanat vermişdi. Buna görə də baş nazirin indi NHS xəstəxanasında müalicə olunması ictimaiyyətin tənə və tənqidinə səbəb olur.
COVID-19 statistikası
Ən son məlumatlara görə Birləşmiş Krallıqda aprelin 10-a olan məlumata görə daha 980 ölüm qeydə alınıb. Beləliklə, Britaniya ölüm sayına görəİspaniya vəİtaliyanı geridə qoyub. Britaniya xəstəxanalarında COVID-19-dan ölənlərin ümumi sayı 8958 nəfərəçatıb.
Baş nazirin səlahiyyətlərini icra edən xarici işlər naziri Dominik Raab aprelin 10-da deyib ki, ölkədə karantındən çıxış barədə danışmaq hələ son dərəcə tezdir. O britaniyalıları havaların yaxşı keçməsinə baxmayaraq, Pasxa həftəsonu üçün də evdə qalmalarını tələb edib.
Britaniyada son bir neçə gündə karantin qaydaları kəskin sərtləşdirilib. Hətta bəzi yerlərdən polisin səlahiyyətlərini aşması barədəşikayətlər eşidilir. Məlumat verilir ki, polis adamların qarşısını hətta supermarketlərdə kəsərək nə alıb-almadıqlarınısoruşur.
Donkaster şəhərində bir polis qadın öz evinin bağçasında oturmuş yaşlı kişiyə içəri keçməsini əmr edib. Bu səhnəni əks etdirən video sosial mediada kəskin tənqidlərə səbəb olub. (tərcümə: azadliq.org)


Şərhlər