Menu

"Təbriz koronavirusdan ölənləri dəfn etməkdə nümunəvi şəhərdir” - Ali dini liderin nümayəndəsi

11.04.2020, 20:45
"Təbriz koronavirusdan ölənləri dəfn etməkdə nümunəvi şəhərdir” - Ali dini liderin nümayəndəsi

Təbrizin cümə mollası və İranın ali dini liderinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi Seyid Məhəmmədəli Ali-Haşim Təbrizin koronavirus səbəbilə ölənləri dəfn etməkdə nümunəvi şəhər olduğunu ifadə edib.

Höccətül-İslam Ali-Haşimin dediklərinə görə, koronavirusdan ölənləri gigiyena vəşəriət qaydalarına riayət edərək dəfn etməkdə Təbriz nümunəvi şəhərdir”.

Yarı-rəsmi Tasnim agentliyinə istinadən, İranın ali dini lideri Əli Xameneyi mövzu ilə bağlı Təbrizin Talibiyyə Seminariyasının fəaliyyətlərini yüksək qiymətləndirib.

“Müəzzəm öndərimiz də Təbriz haqqında yaxşı sözlər buyurub və Təbriz Seminiariyasının koronavirus səbəbiləölənlərin dəfn və yas mərasimi ilə bağlı səylərini yüksək qiymətləndiriblər,” Ali-Haşim bildirib.

Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri ötən günlərdəİranda koronavirusun ən sürətli şəkildə yayıldığı bir neçə vilayət arasında yer alıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol