“TƏK MİLLƏT, TƏK ÜRƏK AZƏRBAYCAN!” - Mövlud Çavuşoğlu + FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter”dəki səhifəsində Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunmasını alqışlayıb.

“Report” xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə dalğalanır.

“Tək millət, tək ürək Azərbaycan! Birlikdə yenəcəyik”, - deyə Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında yazıb.

O, paylaşmına Türkiyə və Azərbaycanın bayraqlarının rəsmini də əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə ötən gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar