Menu

ABŞ-da koronavirusa yoluxanların sayı 560 mini ötdü

13.04.2020, 23:15
ABŞ-da koronavirusa yoluxanların sayı 560 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 861 nəfərə çatıb. “Report”un məlumatına görə, bu barədə ölkədə federal və yerli məlumatların hesablamalarını aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin statistikasına görə, virusa yoluxanların sayı 560 891nəfəri ötüb. Qeyd edək ki, Birləşmiş Ştatlar hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Bu halda ABŞ-da artıq üç gündür virusdan ölüm faizi azalıq. Əgər aprelin 10-da ölkədə 2 000-dən çox insan ölmüşdüsə, aprelin 12-də bu rəqəm 1 550 nəfər təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol