Menu

Moskvada 18 din xadimi koronavirusa yoluxdu

13.04.2020, 23:36
Moskvada 18 din xadimi koronavirusa yoluxdu

Moskva yeparxiyasının 18 ruhanisində koronavirus aşkar edilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 13 aprel tarixinə olan statistikaya əsasən, 18 keşiş və rahibdə COVID-19 virusuna yoluxma qeydə alınıb.

Digər 21 keşiş və rahibdə koronavirus infeksiyasının əlamətləri müşahidə edilib, lakin onlarda diaqnoz təsdiqlənməyib.

Xatırladaq ki, Rusiyada ümumilikdə 15 min 770 nəfər koronavirusa yoluxub, 130 xəstə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol