Menu

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı - 6 nəfər cəzalandırıldı

13.04.2020, 23:41
Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı - 6 nəfər cəzalandırıldı

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq bölməyə gətirilib.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və onların hərəsi 100 manat miqdarında cərimə edilib.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol