Menu

Türkiyədə 6 azərbaycanlı koronavirusa yoluxdu

14.04.2020, 00:17
Türkiyədə 6 azərbaycanlı koronavirusa yoluxdu

"Türkiyədə 6 nəfər azərbaycanlı Covid-19-a yoluxub". Bunu Real TV-yə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmyerlilərimiz 20-50 yaş aralığındadırlar:“Hazırda səfirlikdə 6 nəfərlə bağlı məlumat var. Onlarda Covid-19 virusu aşkarlanıb. Demək olar, əksəriyyəti evə buraxılıb. Yalnız 1 nəfər xəstəxanandır. Onun da vəziyyəti qənaətbəxşdir. Xəstələr arasında ən yaşlısının 50 yaşı var. Pasiyentlərdə xüsusi simptomlar olmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol