Menu

Azərbaycan neftinin son qiyməti

14.04.2020, 12:04
Azərbaycan neftinin son qiyməti

Xristianların dini təqvimi ilə aprelin 13-ü Pasxa bayramıdır. Bir sıra Qərb ölkələrində həmin gün tətil olduğundan Avropanın fond birjaları qapalı olub.

Bu səbəbdən də Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti dəyişməyib və aprelin 9-da olduğu həddə qalıb.

Beləliklə Azərbaycan nefti 25,31 ABŞ dollara təklif olunur.

Qeyd edək ki, aprelin 10-da xristian aləminin qeyd etdiyi "Good Friday" bayramı ilə əlaqədar əmtəə birjaları işləməyib.

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol