Menu

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

14.04.2020, 14:28
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

“Report”un xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Artur Alekseyeviç Qorodinski Rusiya Federasiyasında saxlanılıb.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə axtarışda olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol