Menu

Antibiotiklərin koronavirus təhlükəsi - Rusiyalı akademik xəbərdarlıq etdi

14.04.2020, 16:37
Antibiotiklərin koronavirus təhlükəsi -  Rusiyalı akademik xəbərdarlıq etdi


Məşhur rusiyalı immunoloq alim, akademik Valeri Çereşnev koronavirusdan qorunmaq üçün antibiotiklərə müraciət edənləri ehtiyatlı olmağa çağırıb. 

“AzPolitika.info” xəbər verir ki, “Rossiyskaya Qazeta”-ya açıqlama verən akademik antibiotiklərdən nəzarətsiz istifadənin insanların immunitetinə çox pis təsir etdiyini bildirib.

V.Çereşnev qeyd edib ki, antibiotik qəbulu nəticəsində yoğun bağırsaqdakı mikrobiom təhlükəyə məruz qalır. Belə ki, bu tip preparatların qəbulu ziyanlı bakteriyalarla bərabər insan orqanizmi üçün əhəmiyyətli olan faydalı bakteriyaları da öldürür. Nəticədə bağırsaqda bakteriya azalır, virus isə çoxalır. 

Bu da orqanizmin immunitetini zəiflədir və koronavirus üçün münbit şərait yaradır. Ona görə də alim rusiyalılara mümkün qədər antibiotiklərə müraciət etməməyi məsləhət görüb.

Bundan öncə isə akademik insanları immunitet artıran qidalardan istifadə etməyə və tünd alkoqollu içkilər içməməyə çağırmışdı.   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol