Menu

Ermənistanda polisə silahlı hücum - Yaralananlar var

14.04.2020, 18:15
Ermənistanda polisə silahlı hücum - Yaralananlar var

Ermənistanın Gümrü şəhərində naməlum şəxslərin bıçaqla hücumu nəticəsində 2 yol polisi yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadla xəbər verir ki, polis əməkdaşı hücum edənlərdən birini zərərsizləşdirib və ou polis bölməsinə aparıblar.

Bildirilib ki, polislər şəxsiyyətini müəyyən etmək və yol vərəqəsini yoxlamaq üçün iki nəfəri saxlayıblar. Ancaq həmiin adamlar bıçaqla polislərə hücum ediblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol