ABŞ-da son sutkada daha 1 533 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 23 649-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 146 nəfəri sağalıb, 121 2710 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Şərhlər