Menu

TƏBİB: Azərbaycanda ümumilikdə 71 736 test həyata keçirilib

14.04.2020, 22:35
TƏBİB: Azərbaycanda ümumilikdə 71 736 test həyata keçirilib

Bu gün Azərbaycanda 3106 koronavirus testi həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 71 736 test həyata keçirilib. Reanimasiyada olan xəstə sayı 9, süni tənəffüs cihazında olan xəstə sayı 6-dır.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 1197, virusdan ölənlər 13, sağalan xəstə sayı 351, aktiv xəstələrin sayı isə 833 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol