Menu

Bakıda iki bacı dəm qazından boğularaq ölüb

15.04.2020, 09:23
Bakıda iki bacı dəm qazından boğularaq ölüb

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2020-04-15 10:37:21

Görəsən,Azərbaycandan başqa dünyanın harasında təmizlənməmiş qazdan bu qədər insan ölür və cəzasız qalır?Son illərdə ölən adamlara görə dövlətimizin laqeyd qaldığını görəndə karantinə görə edilən cəhdlərin ciddi olduğuna inanmaq olmur.İnsan həyatını məhv edən virusdur,yoxsa qaz-nə fərqi var,hər ikisi haqqında tədbir görülməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol