Menu

"Biz hələ də virusa qalib gəlməmişik" - İbrahim Məmmədov

15.04.2020, 18:32
"Biz hələ də virusa qalib gəlməmişik" - İbrahim Məmmədov

"Karantin müddətinin bitməsi və ya uzadılması vəziyyətdən asılıdır".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, məsələyə vaxtında ciddi yanaşıldığından bəzi ölkələrdəki kimi dəhşətli faktlar olmadı:

"Biz hələ də virusa qalib gəlməmişik. Mübarizə gedir və pozitiv nəticələr bizi ruhlandırmalıdır ki, bir az da cəhd etsək vəziyyəti qaydasına qoya bilək. Vəziyyətdən mərhələli çıxış sonrakı mərhələdədir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol